
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
22 Jun 2020
Diqər xəbərlər
GƏNC ALİM MÜSABİQƏDƏ 2-ci YERİ QAZANDI
8 yanvar 2018-ci il
AMEA Geologiya və Geofizika İnstitutunun gənc alimi Sadiq Yusifov “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsində ikinci yerin qalibi olub. Xatırladaq ki, 23-25 oktyabr 2017-ci il tarixində AMEA-nın magistrant və doktorantları arasında keçirilmiş müsabiqə AMEA-nın prezidenti akademik Akif Əlizadənin 22 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təşkil olunmuşdur. Məqsəd Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etmək, gənc alimlərdə ana dilinə sevgi və hörmət hissini artırmaq, yazıda və şifahi nitqdə ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsini təşviq etməkdir. Müsabiqə 5 mərhələdən ibarət olub. Akademik A.Əlizadə qaliblərə diplom və hədiyyələr təqdim edib.

AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com