Ana Səhifə / Xəbərlər

Xəbərlər

15 Mar 2018 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA RƏHBƏR HEYƏTİNİN MÜLKİ MÜDAFİƏ MƏŞQİ KEÇİRİLİB

 
15 mart 2018-ci il

Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor muavini, AMEA-nın müxbür üzvü, Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Dadaş Hüseynov tədbiri açaraq məşqin əhəmiyyətini vurğulayıb. Həmçinin FHK üzvlərinin üzərinə düşən vəzifələrdən danışıb, qarşıda duran bütün ehtiyat tədbirləri ilə yanaşı, institutut əməkdaşlarının təhlükəsizliyinin vacibliyini xatırladıb.

Geologiya və Geofizika İnstitutu Mülki Müdafiə Qərargahının rəisi Oqtay Fərzəliyev məşqdə “Fövqəladə hadisələrin nəticələrini aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili ” mövzusunda məruzə edərək, fövqəladə hallarda davamlı idarəetmənin təkmilləşdirilməsi,mülki müdafiə tədbirlərini yerinə yetirərkən əməkdaşlara rəhbərlik etməkdə rəhbər, komandir-rəis heyətinin bacarığının artırılması, xidməti vəzifənin dəqiqləşdirilməsi, fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən xəbərdarlıq və idarəetmə qaydalarını sxem üzrə icrası və digər məsələləri açıqlayıb.
Məşqdə həmçinin tədbirin mövzusuna aid bir neçə video süjet nümayiş etdirilib.

Məşq iştirakçılarının öz vəzifə borclarının mənimsənilməsi səviyyəsi yoxlanılandan sonra mülki müdafiə hazırlığına dair tapşırıqlar verilib və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.







AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
050 370 88 44; (012) 539 39 62
nazarli@yandex.ru