Ana Səhifə / Xəbərlər

Xəbərlər

09 Apr 2018 Diqər xəbərlər Diqər xəbərlər

BÖYÜK QAFQAZIN 3D SEYSMOGEODİNAMİK MODELİ HAZIRLANACAQ

 

9 aprel  2018-ci il

AMEA Geologya və Geofizika İnstitutunun (GGİ) “Seysmologiya və seysmik təhlükə” şöbəsinin rəhbəri, g.-m. e. n., dosent Qulam Babayev Fulbrayt Fondunun (Fulbright Foundation) qrant dəstəyi ilə ABŞ-ın Miçiqan Universitetində elmi ezamiyyətini başa vurub. Azərbaycanlı alim ezamiyyət müddətində Miçiqan Universitetin “Yer və ətraf mühit elmləri” şöbəsinin professoru Natan Niyemi ilə birlikdə “Müasir metod və yanaşmalar vasitəsilə Böyük Qafqazın cənub yamacında mövcud olan seysmik təhlükənin qiymətləndirilməsi” mövzusu üzərində tədqiqat işləri aparıb.

Elmi axtarışların nəticəsi olaraq hazırda Böyük Qafqazın 3D seysmogeodinamik modelinin hazırlanması nəzərdə tutulur. Bu da öz növbəsində müasir geodezik və seysmik məumatların istifadəsi nəticəsində tədqiqat ərazisində aktiv deformasiyanın sürəti və lokalizasiyasını,həmçinin geoloji və termoxronoloji məlumatların istifadəsi nəticəsində uzunmüddətli zaman intervalında Böyük Qafqaz dağ silsiləsinin formalaşma sürətini müəyyən etməyə, seysmik təhlükələrin daha dəqiq qiymətləndirilməsi imkanını yaratmağa və mövcud plitələr tektonikasının paradiqmasına yenidən baxılmasına səbəb olacaq .

Alınmış nəticələr tezliklə elmi ictimaiyyətin müzakirəsinə çıxarılacaq və xarici jurnallara çap materialı şəkilində təqdim olunacaq.




AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.

Əlaqə: 050 370 88 44; (012) 539 39 62

nazarli@yandex.ru