Ana Səhifə / Xəbərlər

Xəbərlər

18 Apr 2018 Diqər xəbərlər Diqər xəbərlər

YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB


18 aprel 2018-ci il

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) “Neft və qaz yataqlarının axtarış-kəşfiyyat işlərinin aparılmasında geoloji risklərin hövzə analizi əsasında qiymətləndirilməsi” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.

İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov tədbiri giriş sözü ilə açaraq məruzə üçün sözü SOCAR-ın əməkdaşı, GGİ-nin doktoranrı f.-r.e.n. Elçin Bağırova verib.

Məruzçi xəritə və diaqramlar əsasında bildirib ki, geolojı risklərin öyrənilməsi və qiymətləndirilməsi müxtəlif səviyyələrdə və üç mərhələdə aparılır. Bu iş hövzənin tektonik inkişaf tarixi, regional profillərin qurulması, xronostratiqrafik sxemlərin qurulması və meqatsikllərın ayrılması, çöküntütoplama şəraiti xəritələrinin qurulması (GDE xəritələri) və digər bu kimi məsələləri əhatə edir.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, onların çoxsaylı sualları cavablandırılıb. Tədqiqatların nəticələrinə dair müzakirədən sonra GGİ direktorunun elmi işlər üzrə müavini Dadaş Hüseynov Elçin Bağırovun təqdimatını yüksək qiymətləndirib və bundan sonra SOCAR ilə üç istiqamətdə əməkdaşlığın möhkmləndirilməsi zərurətini xatırladıb.
















AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: 050 370 88 44; (012) 539 39 62
nazarli@yandex.ru