
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
24 Apr 2018
Diqər xəbərlər
DÜNYANIN ƏN NƏHƏNG PALÇIQ VULKANI 30 İLDƏN SONRA BU İL İKiNCİ DƏFƏ PÜSKÜRÜB
24 aprel, 2018-ci il
Aprelin 22-də Bakı şəhərindən 76 km cənub-qərbdə yerləşən Torağay palçıq vulkanın növbəti püskürməsi qeydə alııb. Şamaxı-Qobustan neftli-qazlı rayonunun cənubunda inkişaf tapmış bu vulkan marfometrik göstəricilərinə görə dünyanın ən nəhəng palçıq vulkanı sayılır.
AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) “Palçıq vulkanizmi” şöbəsindən verilən məlumatda bildirilir ki, mütləq hündürlüyü 400 m-dən bir qədər yüksək, oturacağının ölçüləri 3,8 x 2,9 km olan Torağay palçıq vulkanın sonuncu püskürməsi bu il mart ayının 1-də baş verib. Bundan əvvəlki püskürmə 1988-ci il ildə qeydə alınınıb.
Vulkanın yeni püskürməsi iki fazada - ilkin faza saat 7:58, sonuncusu isə 9:45 radələrində baş verib. Püskürmədən sonra GGİ-nin“Palçıq vulkanizmi” şöbəsinin alimləri vulkan sahəsində çöl-tədqiqat işləri həyata keçirərək baş vermiş püskürməni qiymətləndiriblər. Hesablamalara görə, Torağayın qərbində yerləşən eruptiv kanalın fəaliyyəti nəticəsində yer səthinə xaric olunmuş brekçiyanın sahəsi 6,1 ha, həcmi isə 42 525 kubmetr olub. Püskürmə nəticəsində Torağayın cənub-qərb yamacı boyu əmələ gələn vulkan dilinin uzunluğu 1 km-dən çoxdur. Vizual qiymətləndirmələrə görə, püskürmə ilə əlaqədar əmələ gələn alov sütunlarının hündürlüyü 400 metrə çatıb.
Son illər Azərbaycan ərazisində müşahidə olunan püskürmələrin sayında və miqyasında qeydə alınan göstəricilər regionda baş verən geodinamik gərginliklə əlaqələndirilir.

AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
nazarli@yandex.ru