
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
10 May 2018
Diqər xəbərlər
RUSİYALI ALİM GGİ-NiN ELMİ SEMİNARINDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB
10 may 2018-ci il
Geologiya və Geofizika İnstitutunun (GGİ) elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov tədbiri giriş sözü ilə açaraq iştirakçıları gündəliklə tanış edib və məruzə üçün sözü Rusiya Elmlər Akedemiyasının (REA) Yer Fizikası İnstitutunun direktoru S.A. Tixotskiyə verib.
Rusiyalı alim gərginlik prosesində nümunənin həcmində elastiki dalğaların sürətlərinin dəyişilməsi, süxurlar-kollektorlar üçün əks məsələlərin həlli, horizontal gərginliklərin qiymətləndirilməsi və təyini, kompleks məlumatlar üzrə mexaniki xassələrin modelinin gərginlik-deformasiya vəziyyətinə yarılma zonaları təsirinin modelləşdirilməsi prinsipi, geomexaniki modelləşdirmə əsasında çatlılığın paylanmasının proqnozu kimi aktual məsələlər barədə mülahizələrini təadim edib. Qonaq sonra iştirakçıların maraqla dinlədikləri məruzə ilə bağlı çoxsaylı suallarnı cavablandırıb.
Elmi seminarda təklif olunub ki, GGİ alimləri ilə REA Yer Fizikası İnstitutu əməkdaşlarının bu sahədə birgə tədqiqatları təşkil edilsin.





AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
nazarli@yandex.ru