
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
29 May 2018
Diqər xəbərlər
AMEA GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA QADINLAR ŞURASININ YIĞINCAĞI KEÇİRİLİB
29 may, 2018
Təsis yığıncağında Milli Elmlər Akademiyası Qadınlar Şurasının sədri , f.ü.e.d., professor Rəna Mirzəzadə, Şuranın katibi, f.ü.f.d. Samirə Kadiyeva, Geologiya və Geofizika İnstitutunun (GGİ) elmi işlər üzrə direktor müavini, AMEA -nın müxbir üzvü Dadaş Hüseynov iştirak ediblər.
Geologiya və Geofizika İnstitutu Həmkarlar İttifaqı Komitəsinin sədri, g.m.e.n. Kamran Əliyev iştirakçıları yığıncağın gündəliyi ilə tanış etdikdən sonra qonaqları təqdim edib.
Tədbirdə Rəna Mirzəzadə çıxış edərək ölkə qadınlarının fəal ictimai rolundan, eləcə də Geologiya və Geofizika İnstitutunun ictimai həyatında alim qadınların və texniki işçilərin fəallığından danışıb. Sonra bu elm ocağında Qadınlar Şurasının yaradılmasının məqsədəuyğunluğunu vurğulayıb.
Yığıncaqda GGİ Kadrlar şöbəsinin müdiri Dilşad Məmmədrza qızı Əliyevanın şura sədri vəzifəsinə namizədliyi, həmçinin 7 nəfərdən ibarət Şura yaradılması təklifi irəli sürülüb. Təklif yekdilliklə qəbul edilib.
Sonda qərara alınıb ki, Şuranın yaxın günlərdə iclası çağırılsın və orada yeni qurum üzvlərinin vəzifə bölgüsü aparılsın, eləcə də sədr müavini seçilsin.



AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
nazarli@yandex.ru