Ana Səhifə / Xəbərlər

Xəbərlər

04 Jun 2018 Diqər xəbərlər Diqər xəbərlər

AKADEMİK ƏHƏD YAQUBOVUN 110 İLLİYİ QEYD OLUNACAQ


 4 may 2018-ci il

Azərbaycan prezidenti İlham Əliyevin akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq Milli Elmlər Akademiyasında görkəmli alimin yubileyi keçiriləcək.

Yubiley tədbiri iyunun 14-də AMEA-nın əsas binasının Dairəvi konfrans zalında keçiriləcək. Tədbir öncəsi görkəmli alimin məzarı ziyarət olunacaq.

Yubiley yığıncağını giriş nitqi ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açacaq və geoloq-alim, böyük ictimai xadim, elm təşkilatçısı, pedaqoq, iki dəfə SSRİ Dövlət Mükafatı laureatı, SSRİ-nin Fəxri neftçisi, geologiya-mineralogiya elmləri doktoru, akademik Əhəd Yaqubovun həyatı və məhsuldar elmi fəaliyyəti haqqında məlumat verəcək.

Daha sonra “Akademik Ə.Yaqubov Azərbaycanda palçıq vulkanizminin banisidir”, “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi - görkəmli alim-geoloq” mövzularında məruzələr, həmçinin çıxışlar və xatirələr dinləniləcək.

Tədbirdə ELM TV-nin akademik Əhəd Yaqubov haqqında hazırladığı sənədli film nümayiş etdiriləcək.

AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.

Əlaqə: 050 370 88 44; (012) 539 39 62
nazarli@yandex.ru