Ana Səhifə / Xəbərlər

Xəbərlər

27 Jun 2018 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-DƏ YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARİ KEÇİRİLİB

 
27 iyun, 2018-ci il

Geologiya və Geofizika İnstitutunda (GGİ) keçirilimiş Yer elmləri sahəsində ümumrespublika elmi seminarını bu müəssisəsinin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, Dadaş Hüseynov açaraq məruzə üçün sözü g.-m.e.d., professor Çingiz Xəlifəzadəyə (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) verib.

Natiq “Azərbaycanda üst yura rif qurumlarının morfologiyasi, fasial quruluşu, mənşəyi vəneft-qaz perspektivliyi” adlı məruzəsində keçən əsrin 80-ci illərində azərbaycanlı geofiziklər tərəfindən Cənubi Xəzər çökəkliyinin mezozoy çöküntülərində rifogen əmələgəlmələrin kəşfindən sonra üst yura yaşlı rifogen qurumların hərtərəfli tədqiqat obyekti olduğu barədə məlumat verib. Həmçinin seminar iştirakçılarını əldə olunmuş yeni nəticələrlə ətraflı tanış edib.

Alim sonra maraqlı elmi nəticələri əks etdirən məruzəni diqqətlə izləyən iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Seminarda qərara alınıb ki, Azərbaycanda üst yura rif qurumları ilə bağlı xeyli faydalı nəticələr əldə olunub və bu istiqamətdə elmi axtarışlar davam etdirilməlidir.










AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.

Əlaqə: 050 370 88 44; (012) 539 39 62
nazarli@yandex.ru