
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
18 Sep 2018
Diqər xəbərlər
GGİ ƏMƏKDAŞI 8-ci BEYNƏLXALQ UNESCO KONFRANSINDA İŞTİRAK EDİB
17 sentyabr 2018-ci il
Geologiya və Geofizika İnstitututunun baş elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Tofiq Rəşidov İtaliyada keçirilən 8-ci Beynəlxalq UNESCO Konfransında iştirak edib. Alim Qlobal geoparklara həsr edilmiş konfransda respublikada bu cür parkların salınması imkanlarına dair təqdimatla çıxış edərək Azərbaycandakı təbiət abidələri və maraqlı memarlıq nümunələri barədə ətraflı məlumat verib. Tədbir iştirakçıları azərbaycanlı nümayəndənin məruzəsini maraqla qarşılayıblar, ona suallarla müraciət ediblər.
Dörd gün davam edən Beynəlxalq tədbirdə 65 ölkədən 400 nümayəndə, həmçinin Asiya, Avropa, Şimali və Cənubi Amerikanın müxtəlif geoparklarından nümayəndə heyətləri təmsil olunublar. Mütəxəssislər üçün bir neçə ixtisas seminarı, geoparkların inkişafı və idarə edilməsi mövzusunda tövsiyə xarakterli tədbir, eləcə də ekskursiyalar təşkil edilib.

AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
nazarli@yandex.ru