
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
18 Oct 2018
Diqər xəbərlər
XORVATİYALI ALİM BAKIDA SAHİLYANI SULAR MÖVZUSUNDA MƏRUZƏ EDİB
18 oktyabr 2018-ci il
AMEA Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclasında Xorvatiyanın Okeanologiya və balıqçılıq İnstitutunun Okeanın kimyası və çöküntüləri üzrə laboratoriya müdiri Qrozdan Kuspiliç “Xəzərin Azərbaycan sahillərində sahilyanı və keçid sularının ayrılması” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi Avropa İttifaqının Su Təşəbbüsü layihəsi çərçivəsində həyata keçirilən “Sahilyanı və keçid sularının ayrılması” pilot işi barəsində məlumat verərək bildirib ki, bu layihə Azərbaycanla yanaşı altı keçmiş sovet respublikasını əhatə edir. Azərbaycanda layihənin tərəfdaş benefisiar qurumu Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Qrozdan Kuspiliç məruzəsində layihədə nəzərdə tutulmuş su laboratoriyalarının vəziyyətinin yaxşılaşdırılması, onların İSO standartlarına uyğun fəaliyyətlərinin davam etdirilməsi, Azərbaycanda çay-hövzə idarəetmə planlarının hazırlanması və bu sahədə potensialın artırılması, eləcə də sahilyanı suların ayrılması, onların vəziyyətinin öyrənilməsi və yaxşılaşdırılması üçün lazım olan tədbirlərin həyata keçirilməsi kimi məsələlərə aydınlıq gətirib.
