
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
26 Oct 2018
Diqər xəbərlər
SEYSMOLOQLARIN FUTBOL KOMANDASI II SPARTAKIADANIN ÇEMPIONU ADINI QAZANIB
26 oktyabr 2018-ci il
AMEA-nın Azad Həmkarlar Təşkilatının təşəbbüsü ilə institut və elmi təşkilatların komandalarının yarışdığı II Spartakiada çərçivəsində futbol üzrə final oyunu Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) komandası ilə Geologiya və Geofizika İnstitutu komandası arasında olub. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma RSXM komandasının qələbəsi ilə başa çatıb (6:1). Beləliklə, seysmoloqların futbol komandası AMEA-nın Azad Həmkarlar Təşkilatının təşəbbüsü ilə institut və elmi təşkilatların komandalarının yarışdığı II Spartakiadanın çempionu adını qazanıb.
İkinci yerə Geologiya və Geofizika İnstitutunun komandası, üçüncü yerə AMEA Rəyasət Heyətinin futbolçuları çıxıb.
Spartakiada çərçivəsində stolüstü tennis yarışlarında RSXM-nin "Seysmologiya" şöbəsinin mühəndisi Lalə Piriyeva 3-cü yeri tutub.
AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin iştirakı ilə keçən qaliblərin mükafatlandırılması mərasimində futbol üzrə çempionluq kuboku, diplom və 1-ci yerin medalları, həmçinin pul mükafatı seysmoloqların komandasına təqdim edilib.
Stolüstü tennis yarışlarında 3-cü yerin sahibi Lalə Piriyeva da təşkilat komitəsi tərəfindən diplom, kubok və medalla mükafatlandırılıb.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru