
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
07 Nov 2018
Diqər xəbərlər
GƏNCLƏRİN ELMİ SEMİNARINDA AZƏRBAYCANIN QARA ŞİSTLƏRİNƏ DAİR MƏRUZƏ DİNLƏNİLİB
7 noyabr 2018-ci il
AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) “Gənc alim və mütəxəssislərin elmi seminarı”-nda növbəti tədbir keçirilib.
GGİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının, həmçinin sözügedən seminarın sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov İnstitutun 80 illiyilə bağlı qarşıda duran vəzifələr haqqında danışıb. Həmçinin xatırladıb ki, oktyabr ayının 15-19-də paytaxtda gənc alim və tədqiqatçılar üçün təşkil olunmuş 7-ci beynəlxalq elmi konfrası uğurla keçib.
Elmi seminarda İnstitutun Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası və geokimyası şöbəsinin kiçik elmi işçi, II kurs dissertant Tellər Qədirovanın “Təbii suların Duruca zonasının qara şistlərində kimyəvi elementlərin miqrasiyasına təsiri” adlı məruzəsi müzakirə olunub.
Daha sonra məruzə edən Tellər Qədirova tədqiqat obyekti üzrə qara şistlərin yayılma qanunauyğunluqları, ətraflı mineraloji-kimyəvi xüsusiyyəti, həmçinin tətbiqi üzrə proqnozlaşdırılan perspektivlərindən bəhs edən tədqiqatının nəticələri haqqında məlumat verib. Məruzəçi bu istiqamətdə aparılan tədqiqatların və qara şistlərin geniş yayıldığı bəzi ölkələrin mütəxəssislərinin əldə edikləri nəticələrlə bağlı apardığı müqayisəli təhlillər və elmi yeniliklər barədə məlumat verib. Məruzə maraqla dinlənilib və mövzu ilə bağlı çoxsaylı suallar cavablandırılıb.



GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru