
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
14 Nov 2018
Diqər xəbərlər
GGI-NİN DİREKTORU AKADEMİK AKİF ƏLİZADƏ RUSİYALI HƏMKARINA TƏBRİK MƏKTUBU GÖNDƏRİB
14 noyabr 2018- ci il
AMEA Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə Rusiya Elmlər Akademiyasının (REA) Yer Fizikası İnstitutunun direktoru,REA-nın müxbir üzvü Sergey Tixotskiyə rəhbəri olduğu müəssisənin 90 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
Məktubda O.Y.Şmidt adına Yer Fizikası İnstitutunun elmin, həmçinin Rusiyanın çiçəklənməsində böyük payı olduğu xatırlanır. Bildirilir ki, bu müəssisə Yerin təkində fiziki proseslərin, seysmik xüsusiyyətlərin, faydalı qazıntıların əldə edilməsinin yeni texnoloji yollarının öyrənilməsində samballı əməyi olub.
Akademik Akif Əlizadə məktubda Qafqazın tədqiqində iki elm ocağı arasında 60 illik birgə əməkdaşlığın müsbət nəticələrini qeyd edir və bu işdə O.Y.Şmidt adına Yer Fizikası İnstitutu alimlərinin səyini xüsusilə vurğulayır. Həmçinin YFİ-yə rəhbərlik etmiş istedadlı alimləri məmnunluqla yad edir, onların əməyi və istedadının AMEA Geologiya və Geofizika İnstitutunun inkişafında oynadığı rolu diqqətə çatdırır.
Xatırladaq ki, noyabrın 15-də 90 illik yubileyi qeyd olunacaq Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutu 1928-ci il martın 13-də SSRİ Elmlər Akademiyasının Seysmologiya İnstitutu kimi fəaliyyətə başlayıb və bu illər ərzində adı bir neçə dəfə dəyişdirilib. İnstitut hazırda yeddi bölmə üzrə fəaliyyət göstərir və dünyada çoxsaylı elmi nailiyyətləri ilə tanınır. Müəssisəyə 2013-cü ildən REA-nın müxbir üzvü Sergey Tixotski rəhbərlik edir.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru