Ana Səhifə / Xəbərlər

Xəbərlər

14 Nov 2018 Diqər xəbərlər Diqər xəbərlər

PREZİDENT İLHAM ƏLİYEV AMEA GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARINA FƏXRİ ADLARIN VERİLMƏSİ HAQQINDA SƏRƏNCAM İMZALAYIB


14 noyabr 2018- ci il

Prezident İlham Əliyevin Sərəncamına əsasən ölkədə geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

Əməkdar elm xadimi
Quliyev Hətəm Hidayət oğlu

Əməkdar mühəndis
Babazadə Oqtay Baba oğlu
İsrafilov Yusif Həbib oğlu

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:
Kəngərli Tələt Nəsrulla oğlu
Muxtarov Abdulvahab Şərif oğlu

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

Şöhrət” ordeni ilə
Əliyev Adil Abas Əli oğlu

Tərəqqi” medalı ilə
Abdullayeva Rasimə Rəşid qızı
Biryukova Larisa Nikolayevna
Rzayev Azay Qurbətoviç
Vəliyev Zəki Abdulla oğlu
Vəliyeva Vəsilə Aslan qızı
Zöhrabova Vəcihə Ramazan qızı