
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
14 Jan 2019
Diqər xəbərlər
Şimali Təbriz-Şimali Mişo yarıqlarının kinematik və səthi geometrik tədqiqi (seqmentasiya)
Şimali Təbriz və Şimali Mişo yarıqları (ŞTŞMY), ümumiyyətlə Şimali Təbriz yarığı (ŞTY) adı ilə, müxtəlif məqsədli araşdırmaların mövzusu olmuşdur. Bunun səbəbini onların aktiv tektonik və seysmik fəaliyyətlərə malik olduqlarında, həmçinin onların ətrafında mühüm yaşayış yerlərinin olduğunda görmək olar. Bu araşdırmalarda daha çox seysmik və seysmotektonik, və daha az kinematik və morfotektonik aspektlərə diqqət göstərilmiş və mövzudan asılı olaraq, yarıqların bəzi hissələri diskret formada tədqiq edilmişdir.
Apardığımız araşdırmada ŞTŞMY birgə olaraq, səthi geometrik, morfotektonik, seysmik və kinematik aspektlər baxımından iri miqyasda təhlil olunmuş və onların uzanması boyunca potensial fərqliliklər müəyyən edilmişdir. Əldə edilən məlumat, kinematik və seysmotektonik tədqiqatlar üçün əsas informasiya mənbəyi ola bilər, Azərbaycan regionunun geodinamikasının öyrənilməsinə kömək göstərə bilər.