
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
14 Jan 2019
Diqər xəbərlər
GGİ-də DOKTORANTURAYA QƏBUL İMTAHANLARI KEÇİRİLİR
14 yanvar 2019- cu il
AMEA-nın prezidenti akademik Akif Əlizadənin 4 yanvar 2019-cu il tarixli sərəncamına əsasən, AMEA Geologiya və Geofizika institutunda (GGİ) fəlsəfə doktorluğu üzrə doktoranturaya müxtəlif ixtisas fənlərindən qəbul imtahanları başlayıb.
Yanvar ayının 14-də 2019-cu il üzrə GGİ-də keçirilən fəlsəfə doktoru üzrə doktoranturaya qəbul imtahanında komissiyanın sədri AMEA-nın müxbir üzvü Çingiz Əliyev, üzvlər geologiya-mineralogiya elmləri doktoru, professor Mənijə İsayeva və geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Əvəz Salamov olmuşlar.
Doktoranturaya qəbul imtahanları mərkəzləşdirilmiş qaydada test texnologiyaları əsasında keçirilib.
İxtisas üzrə keçirilən qəbul imtahanları yanvarın 18-də başa çatacaq.


GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru