
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
06 Feb 2019
Diqər xəbərlər
Hövzə modelləşdirilməsi texnologiyası əsasında Aşaği Kür çökəkliyinin karbohidrogen potensialının qiymətləndirilməsi
Azərbaycanda mövcud neft və qaz ehtiyatları əsasən 5-6 km dərinliyə qədər yatan çöküntülərlə əlaqədardır; daha dərin qatların karbohidrogen potensialının qiymətləndirilməsi geofiziki tədqiqat üsulları ilə yanaşı, kompleks geoloji parametrlər əsasında hövzə modelləşdirilməsi işlərinin aparılmasından və rəqəmsal nəticələrin alınmasından asılıdır.
Neft-qazlı sistemlərin modelləşdirilməsində əsas məqsəd karbohidrogenlərin mövcudluğu üçün zəruri olan geoloji faktorların dəqiq öyrənilməsi və bu əsasda geoloji-kəşfiyyat işlərinin səmərəliliyinin artırılması, risklərin kəmiyyətcə minimuma endirilməsidir.
Bu nöqteyi nəzərdən, modelləşdirmə işləri neft-qaz yataqları ilə zəngin olan Aşağı Kür çökəkliyinin (AKÇ) daha dərin qatlarında çöküntülərin nеft-qazlılıq pеrspеktivliyini qiymətləndirməyə əsas verir.