Ana Səhifə / Xəbərlər

Xəbərlər

13 Feb 2019 Diqər xəbərlər Diqər xəbərlər

GGİ ƏMƏKDAŞLARI PALÇIQ VULKANININ PÜSKÜRDÜYÜ ƏRAZİDƏ TƏDQİQAT APARIRLAR


13 fevral 2019-cu il

AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) “Palçıq vulkanizmi” şöbəsinin əməkdaşları bu gün səhər vulkanın püskürdüyü Şamaxı rayonunun Quşçu kəndi ərasizində tədqiqat işlərinə başlayıblar.

Şöbə əməkdaşlarının məlumatlarına görə, vulkanın püskürməsi alovsuz olub. Aparılan çöl-ölçmə tədqiqatları ilə yer səthinə xaric olunan palçığın (brekçiyanın) sahəsi və həcmi müəyyənləşdirilib. Çox da güclü sayılmayan püskürmə nəticəsində vulkan brekçiyasının əhatə etdiyi sahə 2 hektara yaxın olub. Brekçiyanın qalınlıqları kənarlarda 40-50 sm-ə, püskürmə sahəsinin mərkəzinə doğru 1 m-ə çatır. Vulkan sahəsində çatlar qeydə alınmayıb.

Bu vulkanın indiyə kimi 14 püskürməsi, o cümlədən sonuncu paroksizmi keçən il qeydə alınıb. Şamaxı rayonundan 20 km cənubda yerləşən vulkanın 15-ci dəfə püskürməsi yaxın günlərdə İsmayıllı və Ağsu rayonlarında qeydə alınmış zəlzələlərlə əlaqəli olması ehtimal olunur. Belə ki, hadisə baş verməmişdən əvvəl şöbə əməkdaşları zəlzələrlə əlaqəli ətraf rayonların, o cümlədən "Quşçu" vulkanı da daxil olmaqla Şamaxıda yerləşən bir neçə vulkanın fəallaşa biləcəyi haqqında proqnozlarını açıqlamışdılar və bu ehtimallar ölkənin kütləvi informasiya vasitələrində yer almışdı.

GGİ mütəxəssisləri hazırda təqdidat işlərini davam etdirirlər.