
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
25 Feb 2019
Diqər xəbərlər
GGİ-də GEOLOQ TƏLƏBƏLƏR ÜÇÜN “AÇIQ QAPI” GÜNÜ TƏŞKİL OLUNUB
25 fevral 2019-cu il
Ötən həftə ərzində AMEA Geologiya və Geofizika (GGİ) İnstitutunda geoloq tələbə və magistrlər üçün keçirilən “Geologiya günləri” adlı seminar-təlim üç gün davam edib. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatı dəstiyilə ərəsəyə gətirilən layihənin rəhbəri GGİ-nin II kurs magistri Yusif Əliyevdir.
Sözügedəm layihənin sonuncu günü 50-dən çox iştirakçıdan ibarət qrup üçün GGİ-də “Açıq qapı günü” də təşkil olunub. Ənənəvi olaraq GGİ-də reallaşan budəfəki tədbirdə gənc geoloq tələbə və magistrlər elmi tədqiqat müəssisəsinin maddi-texniki bazası ilə tanış olmaq imkanı qazanıblar. Həmçinin qonaqlara İnstitutda fəaliyyət göstərən geoloji muzeyin zəngin kolleksiyaları, eləcə də son illər çap olunmuş fundamental və tətbiqi məzmunlu əsərlər haqqında faydalı məlumatlar verilib.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru