
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
25 Feb 2019
Diqər xəbərlər
GGİ-də “LET’S SPEAK ENGLISH” ADLI DANIŞIQ KLUBU FƏALİYYƏT GÖSTƏRİR
25 fevral 2019-cu il
Bu ilin əvvəlindən başlayaraq Geologiya və Geofizika İnstitutunda gənc alim və mütəxəssislər üçün ingilis dilində davamlı danışıq klubu təşkil olunub.İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun verdiyi məlumata görə,“Let’s speak English” klubunun təşəbbüskarı və təşkilatçısı rəhbərlik etdiyi Şuradır.
Klubun təşkili elmi- materiallarından istifadə ilə bağlı problemlərin aradan qaldırılması və gənclərin əldə etdikləri nəticələrin beynəlxalq statuslu elmi tədbirlərdə təqdimatında tədqiqat aparan gənclərdə ingilis dili biliklərinin təkmilləşdirilməsi, o cümlədən xarici ədəbiyyat peşəkarlığın yüksəldilməsi kimi məqsədləri özündə birləşdirir.
Həftədə üç dəfə keçirilən məşğələlərin səmərəsini artırmaq üçün xaricdə təhsil almış və “IELTS” sertifikatına malik gənclərin klubda moderator kimi iştirakı da təmin olunub.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru