
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
27 Feb 2019
Diqər xəbərlər
GGİ ALİMLƏRİNİN YENİ İXTİRASI AMEA-nın YT PARKINDA MÜZAKİRƏ EDİLİB
27 fevral 2019- cu il
Geologiya və Geofizika İnstitutu (GGİ) ilə AMEA Yüksək Texnologiyalar Parkı (YT Parkı) arasında GGİ ALİMLƏRİNİN YENİ İXTİRASI olan meliorant maddəsinin istehsalı geniş tərkibdə müzakirə edilib.
Görüşdə GGİ-nin elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, akademik Əkbər Feyzullayev, t.e.d.,professor Mirəli Alosmanov, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirməmməd Nəzərli, YT Parkın direktoru i.ü.f.d. Nazim Şükürov və bu müəssisənin ekspert qrupu iştirak edib.
Nazim Şükürov bu gün Parkın ərazisində 10 rezidentin fəaliyyət göstərdiyini, bir neçə adda rəqabətədavamlı məhsulun istehsal edildiyini, ölkənin idxal asılılığının azaldılması yolunda görülən işlər barədə məlumat verib.
Parkın direktoru həmçinin yeni ideyaların uğurlu tətbiqi üçün texniki-iqtisadi əsaslandırılmanın, satış bazarı və marketinqin müəyyənləşdirilməsinin vacib olduğunu diqqətə çatdırıb.
Dadaş Hüseynov GGİ alimlərinin son illər uğurlu elmi nəticələr əldə etdiklərini vurğulayıb və yeni innovasiyalı layihənin müzakirə edilməsi və bu layihənin gələcəkdə kommersiyalaşdırlması üzrə təklifləri ekspertlərin diqqətinə təqdim edib.
İxtira barədə geniş məlumat verən M.Alosmanov bildirib ki, istehsalı nəzərdə tutulan yeni meliorant maddəsi Azərbaycanda tam yararsız (qatı şoran) torpaqları əkinçilik üçün yararlı hala gətirməkdə yüksək səmərə vəd edir. Yeni üzvi mineral kompleksinin istehsalından ötrü xammal isə dağ-mədən və neft sənayesi tullantıları, məişət tullantılarının utilizasiyası nəticəsində alınan maddələr və s. ibarət olacaq.
Müzakirələr zamanı məlum olub ki, istehsalı nisbətən az məsrəflə başa gələcək "melıorant" torpağı məhsuldar vəziyyətə gətirmək üçün lazım olan maddələrlə zənginləşdirməklə yanaşı, ölkədə qeyri-məhsuldar torpaqların tam təmizlənməsi, ekoloji balansın sabitliyi, gübrə idxalının xeyli azalması, məhsuldarlığın diqqətəçarpacaq dərəcədə artması, yeni iş yerlərinin yaranması ilə nəticələnəcək. Görüşün sonunda qərara alınıb ki, YT Parkında təcrübə-sənaye qurğusunda təklif olunan texnologiya əsasında meliorant və üzvi-mineral xüsusiyyətə malik kompleks birləşməsinin istehsalı üçün hazırlıq işləri görülsün və şoran torpaqlarda sınaq təcrübələri təşkil edilsin.


