
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
18 Apr 2019
Diqər xəbərlər
RSXM-nin BAŞ DİREKTORU LUCİANO TELESCA İLƏ GÖRÜŞÜB
18 aprel 2019-cu il
Azərbaycanda səfərdə olan İtaliya Milli Tədqiqat Şurasının üzvü, İtaliyanın Ətraf Mühitin Analizinin Metodologiyası İnstitutunun professoru Luciano Telesca AMEA-nın Yer Elmləri bölməsində bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüb. Görüşdə AMEA Geologiya və Geofizika İnsitutunun əməkdaşları -geologiya-mineralogiya elmləri doktoru Rafiq Səfərov, geologiya-mineralogiya elmləri doktoru Qulam Babayev, RSXM-nin "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova da iştirak ediblər.
Qonağa Azərbaycanda aparılan seysmoloji tədqiqatlar və alınmış nəticələr haqqında ətraflı məlumat verilib.
Luciano Telesca Azərbaycan seysmoloqlarının gördüyü işləri yüksək qiymətləndirib və burda aparılan tədqiqatların maraq doğurduğunu qeyd edib.
Tərəflər həm də İtaliya və Azərbaycan arasında seysmologiya sahəsində ikitərəfli əməkdaşlıq və gələcəkdə birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.