
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
24 Apr 2019
Diqər xəbərlər
AZƏRBAYCANIN GÖRKƏMLİ ALİMLƏRİNİN ADINA AMEA-nın MÜKAFATLARI TƏSİS EDİLİB
24 aprel 2019-cu il
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin son iclasında Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatlarının təsis edilməsi məsələsi müzakirə olunub.
Elmin inkişafına böyük töhfələr verən və mühüm elmi nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə AMEA-nın mükafatlarının təsis edilməsinin zəruriliyi vurğulanıb.
İclasda “Akademik Əşrəf Hüseynov adına mükafat”, “Akademik Əli Quliyev adına mükafat”, “Akademik Mirəli Qaşqay adına mükafat”, “Akademik Ələşrəf Əlizadə adına mükafat”, “Akademik Vahab Əliyev adına mükafat”, “Akademik Cəlal Əliyev adına mükafat”, “Akademik Məmmədağa Şirəliyev adına mükafat”, “Akademik Məmmədcəfər Cəfərov adına mükafat” və “Abbasqulu ağa Bakıxanov adına mükafat”ın təsisi haqqında qərar qəbul edilib.