Ana Səhifə / Xəbərlər

Xəbərlər

29 May 2019 Diqər xəbərlər Diqər xəbərlər

MƏLİKÇOBAN PALÇIQ VULKANI PÜSKÜRMÜŞDÜR

 
29 may 2019-cu il

May ayının 27-də axşam saatlarında Şamaxı rayonunda palçıq vulkanının püskürməsi baş vermişdir. Şamaxıdan 13 km aralıda yerləşən Məlikçoban vulkanının aktivləşməsi nəticəsində yer səthinə palçıqla birgə süxur parçaları atılıb. Püskürmə nisbətən zəif olmuş, çox kiçik alovla müşahidə edilmişdir. 0,5 hektara yaxın sahə vulkan tullantısı (brekçiya) ilə örtülmüşdür. Krater sahəsində 2 çat (100x150 m) əmələ gəlmişdir.

AMEA Geologiya və Geofizika İnstitutunun elmi əməkdaşları Orxan Abbasov və Elnur Baloğlanov Hadisə yerində olmuş və püskürməyə dair məlumat toplamışlar.


GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru