Ana Səhifə / Xəbərlər

Xəbərlər

04 Jun 2019 Diqər xəbərlər Diqər xəbərlər

ELMİ SEMİNARDA SU EHTİYATLARI PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNUR

 
 4 iyun 2019-cu il

Gelogiya və Geofizika İnstitutunda (GGİ) Almaniya Federativ Respublikası alimlərinin iştirakı ilə “Su ehtiyatları: problemlər və onların həlli yolları”mövzusunda elmi seminar keçirilir.

Tədbiri giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov açaraq dünyada su çatışmazlığının problem olduğundan və bunun həlli üçün yollar axtaran alimlərin əməyindən danışmış, bu məqsədlə Almaniyadan gəlmiş mütəxəssisləri seminar iştirakçılasrına təqdim etmişdir.

O, ilk sözü professor Mixael Şubertə vermişdir. Alman qonaq “Sudan istifadə - layihə ilə tanışlıq” mövzusunda təqdimat etmişdir.

Professor Kristv Şuetin “Su çatışmazlığı olan regionlarda su resurslarının dayanıqlı istifadəsi – qlobal perespektivlər”, professor Bernd Klauerin “Su üzrə çərçivə razılaşmasının konseptual və təkilati problemləri ”, Kay Knoellerin “Təbii markerlərdən (traserlərdən ) istifadə yolları ilə içməli su resurslarının keyfiyyətinin qiymətləndirilməsi və proqnozu məsələlərinə yanaşma”, Azərbaycan alimlərindən Fərda İmanovun “Su ehtiyatları:problemlər və onların həlli yolları”, Ramiz Məmmədovun “Azərbaycanın su təhlükəsizliyi : mövcud vəziyyət və perspektivlər” mövzusunda çıxışları maraqla dinlənilmişdir.

Məruzəçilər seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırmışlar.

Elmi seminar GGİ-də işini sabah davam etdirəcək.











GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru