Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
14 Jun 2019
Diqər xəbərlər
ELMİ ŞURADA MƏRKƏZİ QOBUSTANIN MAYKOP SERİYASI HAQQINDA YENİ MƏLUMATLAR SƏSLƏNDİRİLİB
14 iyun 2019-cu il
GGİ Elmi şurasının növbəti iclasını İnstitutun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov giriş sözü ilə açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
Elmi şurada İnstitutun paleofloristika sektorunun rəhbəri y.e.f.d. Şəfəq Bayramovanın “Palinoloji məlumatlara əsasən Mərkəzi Qobustanın maykop seriyasının paleotemperatur rejimi” mövzusunda məruzəsi dinlənilib.
Məruzə ilə bağlı çoxsaylı suallar cavablandırılıb, çıxışlar olub. Məruzəni dinləyərək Elmi şura qərara alıb ki, Ş.Bayramovanın elmi məruzəsi bəyənilsin və palinoloji tədqiqatların səmərəliliyinin artırılması və tətbiqi istiqamətində işlərin davam etdirilməsi məqsədyönlü sayılsın.
Sonra Geologiya və Geofizika İnstitutunda vakant olan direktor vəzifəsinə namizədlik məsələsinə baxılıb. Elmi şura akademik Akif Əlizadənin GGİ-nin direktoru vəzifəsinə namizədliyini yekdilliklə irəli sürüb.
Daha sonra Geologiya və Geofizika İnstitutunun II kurs magistrantlarının dissertasiya işləri müdafiəsinin yekunları haqqında y.e.f.d. Səadət Ələkbərovanın, İnstitutun doktorant və dissertantlarının attestasiysı haqqında Larisa Biryukovanın məlumatları dinlənilib. Həmçinin bir sıra cari məsələlərə baxılıb.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru