
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
11 Sep 2019
Diqər xəbərlər
YER ELMLƏRİ BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
11 sentyabr 2019-cu il
AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) Yer Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, büro üzvləri, müvafiq elmi müəssisələrin elmi işlər üzrə direktor müavinləri və elmi katibləri iştirak ediblər.
İclası akademik Fəxrəddin Qədirov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Sonra bir sıra təşkilati məsələlərə baxılıb. Belə ki, Geologiya və Geofizika İnstitutunun dissertantı Günay Əhmədovanın fəlsəfə doktorluq dissertasiya işinin adında qismən dəyişiklik edilib. Bundan əlavə, GGİ-nin fəlsəfə doktoru hazırlığı üzrə doktorantları Nabat Qocayeva və Sultan Cəfərov öz xahişləri ilə doktoranturadan xaric olunublar.
İclasda daha sonra Geologiya və Geofizika İnstitutunun direktoru vəzifəsinə gizli səsvermə yolu ilə seçki keçirilib. Səsvermənin nəticəsinə görə, akademik Akif Əlizadə yenidən Geologiya və Geofizika İnstitutunun direktoru seçilib. Seçkinin nəticəsinin təsdiq edilməsi üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.
Sonda bir sıra cari məsələlərə baxılıb.
GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru