
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
12 Sep 2019
Diqər xəbərlər
“ANAS TRANSACTIONS, EARTH SCİENCES” JURNALININ YENİ NÖMRƏSİ ÇAPDAN ÇIXIB
12 sentyabr 2019-cu il
AMEA Yer Elmləri Bölməsinin “ANAS Transactions, Earth Sciences” jurnalının növbəti nömrəsi nəşr olunub.
Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadənin baş redaktor olduğu nəşrin bu sayında alimlərin geologiya və geofizika və coğrafiya elmləri sahəsinə aid təqdim etdikləri məqalələr yer alıb.
Jurnalda Ə.Ə.Feyzullayevin “Cənubi Xəzər hövzəsinin şimal-qərb cinahinda karbohidrogenlərin izotop-geokimyəvi səciyyəsi”, S.A.Arsenyev, L.V.Eppelbaum, N.N. Yermakovanın “Təhlükəli atmosfer hadisələri: yeni fiziki-riyazi yanaşma”, R.T.Səfərov, T.İ. Axundov, Zamanova Əliyev Ç.S., Şərifova A.T., A.H. Abdullayev R.С. Bağırlının “Arxeogeofiziki üsullarin Alxantəpə arxeoloji abidəsi ərazisində tətbiqinin nəticələri” , A.M. Salamov, A.Ş. Muxtarov, V.A. Məmmədovun “Daşgil palçiq vulkani səthə yaxın strukturunun 3D geofiziki modeli”, E.S. Səfərov, J.F. Kreto, R.M. Məmmədov, A. Arsen, S.H. Səfərovun “Xəzər dənizinin mövsümi səviyyə dəyişilmələrinin xüsusiyyətləri” və P.Ş. Orucovun “Transkontinental dəmiryolu dəhlizlərinin Azərbaycanin geosiyasi və iqtisadi şəraitinə təsiri” adlı məqalələrində aktual problemlər şərh olunur.
Geologiya və Geoifizika İnstitutunda (GGİ) çap edilən “ANAS Transactions,Earth Sciences”jurnalının əsası 1958-ci ildə qoyulub. Hazırda çoxminli oxucular bu nəşri həm də www.journalesgia.com saytında izləyirlər. Sayt Azərbaycan, rus və ingilis dilində fəaliyyət göstərir. Bu gün saytın 3 500 istifadəçisi var. 2019-cu ilin birinci yarısında onlardan 700-ü yeddi min səhifəyə baxış keçirib. Jurnala istinadların coğrafiyası Avrasiya, Şimali və Cənubi Amerika, Avstraliya, Şimali və Cənubi Afrika da daxil olmaqla dünyanın 90 ölkəsini əhatə edir. Saytın əsas izləyiciləri ABŞ, Kanada, Rusiya Braziliya, Türkiyə, Ukrayna, Çin, İtaliya,Almaniya və digər ölkə vətəndaşlarıdır.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru