
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
30 Oct 2019
Diqər xəbərlər
TANINMIŞ ƏCNƏBİ PROFESSOR GƏNC ALİM VƏ TƏLƏBƏLƏR ÜÇÜN USTAD DƏRSİ KEÇİB
30 oktyabr 2019-cu il
Geologiya və Geofizika İnstitutunda (GGİ) “Gənc alim və mütəxəssislərin elmi seminarı” çərçivəsində ustad dərsi formatında geniş seminar təşkil edilib.
İnstitutun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov tədbiri giriş sözü ilə açaraq Almaniyanın Yer Elmləri Tədqiqat Mərkəzinin Geodeziya bölməsinin qrup rəhbəri professor Mehdi Motağın ustad dərsi formatında “Təbii və antropogen təhlükələrin izlənilməsində SAR kosmik məlumatların istifadəsi” mövzusunda məruzə edəcəyini bildirib və qonağı seminar iştirakçılarına təqdim edib.
AMEA Yer Elmləri Bölməsinə daxil olan digər təşkilatlların gənc alim və mütəxəssislərinin də iştirak etdiyi tədbirdə Mehdi Motağın məruzəsi maraqla dinlənilib.
Əcnəbi professor təmsil etdiyi qurumun fəaliyyətindən və imkanlarından, həmçinin yeni populyar tədqiqat istiqaməti hesab edilən məsafədən zondlama, o cümlədən kosmik məlumatların istifadəsi ilə bağlı tədqiqatların nəticələrindən geniş bəhs edib. O, analoji tədqiqatların aparılması üçün Azərbaycanda da kifayət qədər aktuallıq kəsb edən geoloji obyektlərin olduğunu, eləcə də bu istiqamətdə birgə tədqiqatların perspektivliyindən danışıb.
Alim daha sonra çoxsaylı sualları cavablandırıb.
GGİ-nin elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov maraqlı təqdimata görə əcnəbi professora iştirakçılar və İnstitut rəhbərliyi adından təşəkkürünü bildirib.



GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru