
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
06 Nov 2019
Diqər xəbərlər
GGİ-də YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI
6 noyabr 2019-cu il
Geologiya və Geofizika İnstitutunda (GGİ) yer elmləri sahəsində ümumrespublika elmi seminari keçirilib.
Seminarı giriş sözü ilə açan GGİ-nin direktoru akademik Akif Əlizadə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məsləhətçi professoru, g.-m.e.d. Çingiz Xəlifəzadəni tədbir iştirakçılarına təqdim edib və ona məruzə üçün söz verib.
Ç.Xəlifəzadə “Gümüşlü stratiform qurğuşun-sink yatağinin geoloji-sedimentoloji mövqedən genezisi” mövzusunda məruzəsində Naxçıvan MR-də orta devonun karbonat süxurları qatlarında təzahür etmiş Gümüşlü stratiform qurğuşun-sink yatağının, Şərur massivinin geoloji quruluşunun və gec-orta devon çöküntülərinin massivdə və ətraf regionlarda paleocoğrafi rekonstruksiyasının həyata keçirilməsi nəticəsində yatağın çökmə genezisinə məxsus olması qənaətinə gəlindiyindən danışıb. Həmçinin polimetal fılizləşmə prosesinin üç mərhələdə həyata kecməsini diqqətə çatdırıb.
Çingiz Xəlifəzadə tədqiqatların nəticəsi olaraq bildirib ki, gümüşlü qurğuşun-sink yatağında polimetalların mənbəyi dəniz suyunda olan sulfat anionudur.
Məruzəçi elmi seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb, həmçinin məruzə ətrafında çıxışlar olub.
GGİ-nin direktoru akademik Akif Əlizadə məruzəçiyə elmi seminar iştirakçıları adından təşəkkür edib.





GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru