Ana Səhifə / Xəbərlər

Xəbərlər

08 Nov 2019 Diqər xəbərlər Diqər xəbərlər

GGİ ALİMLƏRİNİN MÜŞTƏRƏK MƏQALƏSİ RUSİYA ELMİ JURNALINDA DƏRC EDİLMİŞDİR

 
8 noyabr 2019-cu il

GGİ alimlərinin “Geofiziki proseslər və biosfera”(“Геофизические процессы и биосфера”) jurnalının 18-ci cildinin 2-ci nömrəsində “Статистический анализ результатов мониторинга уровня радона и метеорологических параметров в помещениях геофизических станций Азербайджана» adlı məqalə dərc olunub.

Məqalənin müəllifləri Əkbər Feyzullayev, Çingiz Əliyev, Dadaş Hüseynov, Rauf Bağırlı (AMEA Geologiya və Geofizika İnstitutu), Misir Mərdanov (AMEA Riyaziyyat və Mexanika İnstitutu), Hilalə Cəfərovadır (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası).

Məqalədə Azərbaycanın üç stasionar geofiziki stansiyasında (Şəki, Şamaxı və Kürdəmir) 2016-cı il yanvarın 4-dən 2017-ci il sentyabrın 30-na kimi radon və meteoroloji parametrləri monitorinqinin nəticələri və onların arasındakı qarşılıqlı əlaqələr səviyyəsinin statistik təhlili verilib. Tədqiq olunan məlumat bazasına 13 152 ölçü kompleksi daxil edilmişdir.

Bütün müşahidə dövrü üçün məlumatların statistik təhlili göstərmişdir ki, radonun qatılığı ilə iqlim parametrləri arasında korrelyativ əlaqələr zəifdir. Lakin aylıq ortalama məlumatlarına görə bütün stansiyalarda radonun səviyyəsi ilə havanın rütubət səviyyəsi arasında müsbət əlaqə vardır. Şamaxı və Şəki stansiyalarında isə atmosfer təzyiqinin azalması və havanın istiliyinin çoxalması radonun səviyyəsinin artması ilə müşayiət olunur.




GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru