
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
18 Nov 2019
Diqər xəbərlər
AZƏRBAYCAN ALİMLƏRİNİN VƏ İTALİYALI PROFESSORUN HƏMMÜƏLLİF OLDUĞU MƏQALƏ NÜFUZLU BEYNƏLXALQ JURNALDA DƏRC OLUNUB
18 noyabr 2019 cu il
AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi akademik Fəxrəddin Qədirovun, Yer elmləri üzrə elmlər doktoru, AMEA-nın professoru Qulam Babayevin, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımovanın və italiyalı professor Luçiano Teleskanın həmmüəllif olduğu “Azərbaycanın şimal-şərq hissəsinin gərginlik sahənin modeli” ("Stress field pattern in the northeastern part of Azİerbaijan”) adlı məqalə “Pure and Applied Geophysics” (PAGE) jurnalında dərc olunub.
Məqalədə Şərqi Qafqazın Azərbaycan hissəsinin litosferində regional tektonik gərginlik sahəsinin inteqrə modelinin qurulmasına imkan yaradan, zəlzələlərin ocaq mexanizmlərinin kataklastik təhlilinə və CASMO (“Dunya Gərginlik Xəritəsi”) proqramına əsaslanan kombinasiya edilmiş üsul təklif olunub. Bu üsul digər regionların öyrənilməsi üçün də əhəmiyyətlidir.
Xatırladaq ki, son illərdə Şərqi Qafqazın Azərbaycan hissəsinin litosferində regional tektonik gərginlik sahəsinin geniş şəkildə öyrənilməsi istiqamətində fundamental tədqiqatların böyük elmi və praktiki əhəmiyyəti dünya alimlərinin diqqətini cəlb etmişdir. Bu məqsədlə beynəlxalq miqyasda mövcud olan müasir yanaşmaların ərazi üçün modifikasiya olunmuş metodlarının işlənilməsi və tətbiqi mühüm rol oynayır.
