
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
06 Dec 2019
Diqər xəbərlər
GGİ-də FƏLSƏFƏ DOKTORU HAZIRLIĞI ÜZRƏ İMTAHANLAR KEÇİRİLİB
6 dekabr 2019-cu il
Geologiya və Geofizika İnstitutunda (GGİ) akademik Akif Əlizadənin sədrliyi ilə qış imtahan sessiyası çərçivəsində dörd gün ərzində “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları”, “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı”, “Geokimya, faydalı qazıntıların geokimyəvi axtarış üsulları”, “Ümumi və regional geologiya” ixtisasları üzrə doktorluq imtahanları keçirilib.
İmtahan komissiyanın tərkibində akademiklər Fəxrəddin Qədirov, Əkpər Feyzullayev, AMEA müxbir üzvləri Dadaş Hüseynov, Tələt Kəngərli, g.-m.e.d. professorlar Adil Əliyev, Musa Məmmədov, Zakir Abdullayev, AMEA-nın professoru Qulam Babayev və digər alimlər iştirak ediblər.
Test sistemi əsasında və kompüter texnologiyaları vasitəsi ilə keçirilmiş imtahanlar uğurla başa çatıb.



GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru