Ana Səhifə / Xəbərlər

Xəbərlər

13 Dec 2019 Diqər xəbərlər Diqər xəbərlər

GEOSİSTEMLƏRİN VƏ LİTOGENEZİN DƏRK EDİLMƏSİNİN METODOLOGİYASINA HƏSR EDİLMİŞ KİTAB ÇAPDAN ÇIXIB


13dekabr 2019-cu il

Akademiklər Akif Əlizadənin, İbrahim Quliyevin, geologiya-mineralogiya elmləri namizədləri Xalidə Əlizadənin və Yeganə Lətifovanın həmmüəllifliyi ilə yazılmış “Geosistemlərin və litogenezin müxtəlif tiplərinin dərk edilməsinin metodologiyası” («Методология познания геосистем, различных типов литогенеза») kitabı “Nafta-Press” nəşriyyatında çapdan çıxıb.

Müəlliflər elmi əsərlərində vurğulayırlar ki, materiyanın sistemli-struktur tədqiqatında dialektikanın “əksliklərin vəhdəti və mübarizəsi” qanunu hadisələrin proqnozunda ən mühüm metodoloji yanaşma roluna malikdir. Bu qanun əsasında tektonik aktiv və passiv sahələrin neft-qazlılığının dialektik proqnozu mümkündür.

Qarşılıqlı geosistemlər üçün metodoloji tədqiqatların tətbiqi birbaşa tədqiqatların qeyri-mümkün olduğu sahələrdə baş verən geoloji proseslərin və hadisələrin xarakterini məntiqi (dialektik proqnozla) olaraq müəyyən etməyə imkan verir. Bu elmi yanaşma keçmiş hadisələrin daha dəqiq şəkildə yenidən qurulmasının (rekonstruksiyası), müasir proseslərin dərindən dərk edilməsinin və onların gələcək inkişaf istiqamətlərinin etibarlı şəkildə əks olunmasının əsasını təşkil edir.

Kitab geoloqlar, neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənilməsi problemləri ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.



GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru