
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB
Geologiya və Geofizika İnstitutunda “Bərpa olunan enerji mənbələrindən səmərəli istifadə metodları” mövzusunda Elmi seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru akademik Akif Əlizadə bərpa olunan enerji mənbələrindən istifadə problemlərinin həllində ölkə alimlərinin çalışmalarını və bu sahədə AMEA-nın müxbir üzvü Rauf Qardaşovun və kiçik elmi işçi Emin Qardaşovun (ETN Goğrafiya İnstitutu, Geologiya və Geofizika İnstitutu) səylərini vurğulayıb.
Məruzə üçün söz alan Rauf Qardaşov bildirib ki, Bərpa Olunan Enerji Mənbələrindən (BOEM) istifadə qlobal bir çağırışdır, Azərbaycan Respublikasında da “yaşıl enerji”yə keçid məqsədilə Dövlət Proqramları qəbul edilib və uğurla həyata keçirilir. Günəş və Külək enerjisinin təbii və texniki potensialının qiymətləndirilməsi istiqamətində son 10 ildə aparılmış tədqiqatlar əsasında mühüm nəticələr əldə edilib. Beləki, Günəş panellərinin ani, günlük, aylıq, mövsümlük, yarım illik, illik istifadə üçün optimal istiqamətini təyin edən metod işlənilib. Bu metod mürəkkəb topoqrafiyaya malik və təmiz enerji istifadəsinin xüsusi önəm kəsb etdiyi yüksək turizm potensialına malik dağlıq ərazilərdə, o cümlədən, işğaldan azad edilmiş Qarabağ bölgəsində Günəş panelinin optimal istiqamətini təyin etmək üçün tətbiq edilə bilər. Metodun adekvatlığı Zaqatalanın dağlıq turizm bölgəsində aparılan bir sıra eksperimentlərlə yoxlanııb. Həmçinin baxılan coğrafi bölgənin “külək gücü” potensialının qiymətləndirilməsinin və Külək turbinlərinin “Tutum əmsalı”nın (Capacity Factor CF) təyininin analitik metodu işlənilib. Eləcə də avtomobil yollarının Günəş enerji potensialının hesablanması metodu hazırlanıb.
Rauf Qaraşov vurğulayıb ki, Füzuli–Şuşa (“Zəfər yolu”)-nun Günəş enerjisi potensialı llik orta 3320 GVt·saat, günlük orta isə 9097 MVt·saat təşkil edir. “Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd” avtomobil yolunun Günəş enerjisi potensialı illik orta 4404 GVt·saat, günlük orta isə 12067 MVt·saat olmaqla PV çıxışı 1810 MVt·saat-dır. Bu, bir gündə orta hesabla, akkumulyator tutumu 30 kVt·saat olan 60330 elektromobili elektrik enerjisi ilə təmin edə bilər.
Məruzəçi daha sonra inkişaf etmiş bir sıra ölkələrdə bərpa olunan enerji mənbələrindən qabaqcıl istifadə metodlarından nümunələr gətirib və bu sahədə Azərbaycanın potensial imkanlarının tətbiqi ilə bağlı Dövlət başçısının göstərişlərini ehtiva edən sənədləri xatırladıb. Daha sonra o, alim həmkarlarının çoxsaylı suallarını cavablandırıb. Həmçinin maraqlı keçən tədbirdə çıxışlar olub, təkliflər səsləndirilib.
Elmi seminarın aparıcısı akademik Akif Əlizadə tədbirin səmərəli keçdiyini vurğulamaqla yanaşı təklif edib ki, məruzəçi ideyalarını və elmi nəticə verəcək təcrübi işlərini reallaşdırmaq sahəsində fəallığını artırmalıdır. Geologiya və Geofizika İnstitutu isə öz növbəsində ideya və təkliflərin reallaşmasında dəstəyini əsirgəməyəcək.