Ana Səhifə / Xəbərlər

Xəbərlər

14 Apr 2025 Diqər xəbərlər Diqər xəbərlər

BİR SUAL

“ 1971-2020-ci illərdə Azərbaycanın geoloji öyrənilməsi” oncildlik   elmi-tədqiqat işi ilə bağlı hansı məlumatları verə bilərsiniz? ”

 

Sualını GGİ Elmi irsin toplanması və sistemləşdirilməsi qrupunun rəhbəri Ziyafət Abadzadə cavablandırır.

 

-  Əvvəlcə istərdim  “Azərbaycanın geoloji öyrənilməsi” çoxcildliyinin tarixçəsi haqqında qısa məlumat verim.  Azərbaycan üzrə 42-ci cild, I-X dövr kitabı sovetlər dönəmində SSRİ  Elmlər Akademiyasının Geoloji Öyrənilmə Komissiyasının elmi-metodiki rəhbərliyi ilə nəşr edilib və 1800-1970-ci illəri əhatə edir. Nəşr geologiya sahəsində aparılmış elmi-tədqiqat və istehsalat işləri üzrə annotasiyalar, referatlar toplusundan ibarət idi. Bununla yanaşı aparılmış işlər haqqında tanınmış alimlərin icmalları da nəşrə daxil edilib.


1966-1970-ci illərə aid 42-ci cildin sonuncu buraxılışı 1982-ci ildə nəşr olunub. Sonralar bu nəşrin buraxılışı SSRİ-nin dağılması ilə əlaqədar dayandırıldı. Sonuncu cildin nəşrindən 50 il keçib və bu müddət ərzində böyük həcmdə yeni geoloji-geofiziki məlumatlar toplanıb. İndi hazır materialların sistemli şəkildə öyrənilməsi zərurəti yaranıb.



Beləliklə, “1971-2020-ci illərdə Azərbaycanın geoloji öyrənilməsi” əsərinin yaradılması zərurəti yaranıb. Ona görə də 1971-2020-ci illər ərzində Azərbaycan geologiyası və geofizikasının əsas istiqamətləri üzrə toplanmış məlumatlar (elmi-tədqiqat hesabatları, monoqrafiyalar, institutların elmi əsərləri, məqalələr, xəritə və atlaslar və s.) işçi qrupları tərəfindən təhlil ediləcək, tədqiqatların əsas mərhələləri göstəriləcək və referatlar, annotasiyalar hazırlanacaq. Referatlar və annotasiyalar müəlliflərin soyadlarına əsasən əlifba qaydasında sıralanacaq. Hər elmi istiqamət üzrə ümumi icmal hazırlanacaq, eləcə də  yeni yaranmış elmi istiqamətlərin xüsusiyyətləti veriləcək.


Tədqiqat işinin nəticələri istiqamətlər üzrə hər beşilliyi əhatə etməklə 10 cildlik hesabatda əks olunacaq. Hər cildin əvvəlində müvafiq beşilliyə aid əhəmiyyət kəsb edən geoloji tədqiqatların icmalı yer alacaq. Beşilliklər üzrə hazırlanmış hesabatlar müvafiq monoqrafiyalar şəklində dərc ediləcək. Göründüyü kimi istiqamətlər və illər üzrə hazırlanmış monoqrafik əsərin bu sahədə çalışan alim və mütəxəssislər üçün əvəzsiz informasiya mənbəyi, yeni araşdırmaların təhlilində vacibliyi danılmazdır.


2019-cu ildə Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadənin əmrinə əsasən 1971-2020-ci illəri əhatə edən fundamental və ümumiləşdirici 10 cilddən ibarət “Azərbaycanın geoloji öyrənilməsi” elmi-tədqiqat işinin hazırlanmasına başlanılıb. “1971-2020-ci illərdə Azərbaycanın geoloji öyrənilməsi” elmi-tədqiqat işinə Geologiya və Geofizika İnstitutunun baş direktoru, nəşrin redaksiya heyətinin sədri  akademik Akif Əlizadə rəhbərlik edir. Elmi-tədqiqat işinin həmrəhbərləri  g.-m.e.d., professor Adil Əliyev, AMEA-nın müxbir üzvü Tələt Kəngərli, g.-m.e.n. Şahvələd Köçərli təyin ediliblər.

Elmi-tədqiqat işinin icrası Müdiriyyət yanında “Geoloji fond”un nəzdindəki “Elmi irsin toplanması və sistemləşdirilməsi” qrupuna, yəni bizə  həvalə olunub. Elmi-tədqiqat işi geologiyanın bir neçə istiqaməti üzrə aparılır: paleontologiya və stratiqrafiya, petrologiya, litologiya, geokimya, mineralogiya və petroqrafiya, regional geologiya və geotektonika, geofiziki tədqiqatlar, neft-qaz geologiyası və geokimya, palçıq vulkanizmi, faydalı qazıntılar, hidrogeologiya və mühəndisi geologiya. Dediyimiz bu istiqamətlərə aid məlumatlar müvafiq şöbələrdə hazırlanır və “Elmi irsin toplanması və sistemləşdirilməsi” qrupuna təqdim olunur ki, onlar da toplanmış elmi məqalə, monoqrafiya, kitab, elmi-tədqiqat hesabatı, dissertasiyalar üzrə tərtib olunmuş referat və annotasiyaları sistemləşdirir, korrektura və redaktə edir. Qrupun əməkdaşları hazırlanmış toplu əsasında nəşrin əlavələrini, yəni  müəllif, mövzu-sistemli, coğrafi adlar və geoloji quruluşlar, minerallar, faydalı qazıntılar, yataqlara aid  göstəricilər kimi istiqamətləri tərtib edirlər.

 

Hazırda “Elmi irsin toplanması və sistemləşdirilməsi”  qrupu “1971-2020-ci illərdə Azərbaycanın geoloji öyrənilməsi” on cildlik elmi-tədqiqat işi üzrə 1971-1975 (1 cild) və 1976-1980 (2 cild) illəri əhatə edən elmi-tədqiqat işləri (elmi-tədqiqat hesabatları, dissertasiyalar, monoqrafiyalar, kitablar, avtoreferatlar, elmi məqalələr üzrə annotasiyalar, referatlar) tamamlayıb və redaksiya heyətinin tövsiyəsi ilə çapa verilib. İndi 3-cü (1981-1985) və 4-cü (1986-1990) cildlər üzrə tamamlanma işləri aparılır, 5-ci və 6-cı cildlər redaktə olunub, 7-ci cild üzrə işlər isə davam edir.

BİR SUAL
BİR SUAL
BİR SUAL
BİR SUAL
next
next