
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN NÖVBƏTİ ELMİ ŞURA İCLASI KEÇİRİLİB
ETN Geologiya və Geofizika İnstitutunun növbəti Elmi şura iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan GGİ-nin baş direktoru akademik Akif Əlizadənin səsə qoyduğu gündəlik təsdiq edilib. AMEA-nın müxbir üzvü Tələt Kəngərli iclasın gündəliyinə uyğun olaraq “Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın hazırlanması üzrə işlərin başa çatdığı barədə məlumat verib. Bildirilib ki, Atlas müxtəlif təyinatlı 156 xəritəni ehtiva edən 9 bölmədən ibarətdir. Burada bölgənin inzibati-ərazi quruluşu, fiziki-coğrafi xüsusiyyətləri, təbii şəraiti, ekoturizm potensialı, bərpa olunan enerji mənbələri, geologiyası və mineral-xammal resusları, geomorfoloji quruluşu, iqlimi, səth suları,torpaq örtüyü, flora və faunası, eləcə də landşaft müxtəlifliyi haqqında məlumat yer alıb. Eləcə də xəritədən məqsəd və elmi-tematik yükü haqqında qısa məlumat təqdim olunur.
Sonra “İşğaldan azad edilmiş ərazilərdə radioaktiv sahələrin və radon qazının yayılma aktivliyinin tədqiqi və “qaynar nöqtələrin” geoloji təbiətinin təhlili” (2023–2025) ETİ-nin yerinə yetirilməsi haqqında AMEA-nın müxbir üzvləri Çingiz Əliyevin və İslam Mustafayev (Radiasiya Problemləri İnstitutu) geniş təqdimatları reallaşıb.
AMEA müxbir üzvü Dadaş Hüseynov GGİ-nin “Seysmo-geoloji tədqiqatlar” şöbəsinin Yer fizikası elmi istiqamətindəki şöbələr qrupuna daxil edilməsi haqqında izahat verib.
Geoloq və geofizik tələbələrin, gənc mütəxəssislərin “Geologiyada və geofizikada fənlərarası tədqiqatlar – elmin gələcəyidir” mövzusunda Ümumrespublika olimpiadasının yekunları haqqında akademik Əkpər Feyzullayevin və İnstitutun Gənc alim və mütəxəssislər şurasının sədri kiçik elmi işçi Emin Quliyevin hesabatı dinlənilib.
"Gənc tədqiqatçı alim” müsabiqəsinin yekunları haqqında akademik Əkpər Feyzullayevin və y.e.f.d. Səadət Ələkbərovanın məlumatları maraqla qarşılanıb.
Dəniz geologiyası, hidrogeologiya, mühəndis geologiyası və paleontologiya Bölməsinin professoru Valentina Yankonun “Mikropaleontologiya” ixtisası üzrə Ukrayna MEA-nın müxbir üzvlüyünə namizədliyinin dəstəklənməsi haqqında AMEA-nın müxbir üzvü Dadaş Hüseynov ətraflı məlumat təqdim edib.
Elmi şuranın iclasında bir sıra digər məsələlər də çözülüb.