Ana Səhifə / Xəbərlər

Xəbərlər

18 Feb 2025 Nəşrlər Nəşrlər

GGİ-də “ÖRNƏK” KİTABI HAZIRLANIB

ETN Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadənin 90 illiyi tədbirlərinə həsr olunmuş “Örnək” kitabı “CBS-PP” nəşriyyatında çapdan çıxıb.


Nəşrin müəllifi və tərtibçisi Şirməmməd Nəzərli, layihə rəhbəri AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, rəyçi akademik Əkpər Feyzullayev, redaktoru y.e.f.d Zəki Vəliyevdir.


Kitabda böyük alimin rəngarəng çalarlarla ifadə olunmuş məziy-yətləri, onun elmi təşkilatçılıq məharəti, gənc alim nəslinin yetişdirilməsi üçün göstərdiyi səyləri və digər şəxsi məziyyətlərilə yanaşı, A.Əlizadənin yubileyinə həsr edilmiş  müxtəlif tədbirlər fotoların müşayiətilə işıqlandırılıb. Nəşr alimin Azərbaycan Respubulikası Prezidentinin fəxri diplomu ilə təltif edilməsi haqqında dövlət başçısının Sərəncamı mətni ilə açılır. Kitabda görkəmli elm xadimlərinin A.Əlizadəyə həsr etdikləri yazılar, müsahibələr və digər materiallar yer alıb. Bu yazılarda alimin həyatı sanki Azərbaycan elminin çətin inkişaf yollarını əks etdirir.


Kitabdakı müsahibələrinin birində akademikin gənc alimlərlə bağlı mülahizəsi: “...Son məqsədim də odur ki, necə deyərlər, estafeti ölkəmizin və xalqımızın gələcəyi olan gənclərə etibar edə bilək. Məşhur türk şairi, filosofu, tədqiqatçısı Nəcib Fazil Qısakürək demişkən “Tumurcuq dərdi çəkməyən ağac – odundur.”


Xatırladaq ki, fevral ayının 25-də Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadənin 91 yaşı tamam olur.

GGİ-də “ÖRNƏK” KİTABI HAZIRLANIB
next
next