Ana Səhifə / Xəbərlər

Xəbərlər

27 Feb 2025 Nəşrlər Nəşrlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN “STRATİQRAFİYA, NEFT SEDİMENTOLOGİYASI, GEOKİMYA” ADLI BEYNƏLXALQ ELMİ JURNALININ YENİ ISSN NÖMRƏLƏRİ TƏQDİM EDİLİB

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi, Azərbaycan ISSN (International Standard Serial Number – Beynəlxalq Standart Seriya Nömrəsi) Milli Mərkəzinin rəsmi əlaqələndiricisi və “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Dr. Xəyalə Məmmədova, sədrin müavini Pərvanə Xıdırova və Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə arasında görüş keçirilib. 

Görüşdən əsas məqsəd AR Əqli Mülkiyyət Agentliyi ilə rəsmi əməkdaşlıq edən Azərbaycan ISSN Milli Mərkəzinin Geologiya və Geofizika İnstitutu tərəfindən təsis olunmuş “Stratiqrafiya, sedimentologiyası, geokimya” adlı beynəlxalq elmi jurnalı ISSN nömrələri (çap və elektron) sertifikatının təqdim edilməsi olub.

Görüş zamanı sözügedən elmi jurnalının baş redaktor müavini, Yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev Azərbaycanda nəşr olunan elmi jurnalların  beynəlxalq indeksləşmə sistemlərinə daxil edilməsinin vacibliyini diqqətə çatdırıb.

Sertifikatın təqdimatından sonra Dr. Xəyalə Məmmədova qeyd edib ki, İnstitutumuzun təsis etdiyi jurnalın ISSN nömrələri ilə təmin edilməsi, gələcəkdə nüfuzlu elmi bazalara daxil edilməsi, İnstitutun tədqiqatçı-alim heyətinin beynəlxalq arenada yeni tədqiqat işlərinə qədəm qoymasına yol açacaqdır.

X.Məmmədova onu da əlavə edib ki, belə əhəmiyyətli elmi jurnalların daha da inkişafı üçün Azərbaycan ISSN Milli Mərkəzi tərəfindən göstərilən dəstək həm də dövri-elmi jurnalların rəqəmsal mühitdə mövcudluğunun təkmilləşdirilməsinə töhfə verir. Qonaq həmçinin vurğulayıb  ki, dövri elmi jurnalların məhsuldarlıq səviyyəsinin artırılması istiqamətində aparılan işləri bundan sonra da davam edəcək.

next
next