
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
22 Jan 2020
Diqər xəbərlər
XƏZƏR DƏNİZİ SƏVİYYƏSİNİN DƏYİŞİLMƏSİNİN YENİ MODELİ HAZIRLANIR
22 yanvar 2020-ci il
AMEA Geologiya və Geofizika İnstitutu, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi və xarici kollaboratorların “Xəzər dənizi səviyyəsinin dəyişilməsinin iqlim-seysmogeodinamik inteqre modeli” mövzusunda elmi-tədqiqat işinin proqramı təsdiq edilmişdir.
İcra müddəti 2025-ci ilin sonuna kimi olan elmi-tədqiqat proramının rəhbəri akademik Akif Əlizadədir.
İcraçılar AMEA Geologiya və Geofizika İnstitutunun “Kosmik geodeziya və geodinamika”, “Seysmologiya və seysmik təhlükə”, “Geotermiya”, “Geotektonika və regional geologiya”, “Eksperimental Petrofizika” şöbələri, H.Əliyev adına Coğrafiya İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi, Massaçusets Texnologiya İnstitutu (ABŞ), Bikkoko Universiteti, Montpellier Universiteti və Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutudur. +
İşdən məqsəd Xəzər dənizinin müasir seysmo-geodinamik şəraiti və hidro-iqlim faktoru nəzərə alınmaqla dəniz səviyyəsi tərəddüdünün inteqrə modelinin hazırlanmasıdır.
Proqramın mühüm əhəmiyyətlərindən biri də bölgənin tektonik aktivliyini qiymətləndirməsi, Xəzər dənizinin səviyyə tərəddüdlərinə təsir modelini hazırlaması və Xəzərətrafı ölkələrin davamlı inkişafına göstəriləcək müsbət təsirdir.
Alınmış məlumatlar əsasında ərazinin tərtib edilmiş geodinamik, aktiv qırılma, seysmik təhlükənin titrəyiş və seysmik rayonlaşdırma xəritələri Fövqəladə hallar nazirliyi, Ekologiya Nazirliyi və şəhərsalma ilə məşğul olan strukturlar tərəfindən risk analizi məqsədi ilə tətbiq edilə bilər.



GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru