
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
23 Jan 2020
Diqər xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞI FRANSAYA 6 AY MÜDDƏTİNƏ EZAM OLUNACAQ
23 yanvar 2020-ci il
Geologiya və Geofizika İnstitutunun “Müasir geodinamika və kosmik geodeziya” şöbəsinin aparıcı elmi işçisi y.e.f.d., dosent Rafiq Səfərov AMEA alimlərinin Avropanın elmi müəssisələrində postdoktoral tədqiqatlar aparmaları məqsədilə elan edilmiş müsabiqənin qalibi olmuşdur.
Rafiq Səfərov proqram çərçivəsində Fransa Respublikasının Monpelye Universitetinin Yer Elmləri laboratoriyasına postdoktoral tədqiqat işinin yerinə yetirilməsi məqsədilə 6 ay müddətinə ezam olunacaq. Ezamiyyətdən məqsəd Qafqaz ərazisində Yer qabığı horizontal hərəkətlərinin və deformasiya sürətlərinin zaman-məkan paylanma qanunauyğunluqlarının tədqiqidir. Bu elmi-tədqiqat işində GNSS, həmçinin digər geofiziki məlumatların emalı, riyazi-fiziki modellərin tərtib edilməsi və geoloji interpretasiyanın yerinə yetirilməsi nəzərdə tutulur.
Tədqiqat işi Monpelye Universitetinin Yer Elmləri laboratoriyasının elmi tədqiqatçısı, Aralıq dənizi və Orta Şərq regionunun kinematikası və geodinamikası üzrə çalışan doktor Filip Vernantın rəhbərliyi altında yerinə yetiriləcək.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru