Ana Səhifə / Xəbərlər

Xəbərlər

27 Jan 2020 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-də İFORMASİYA MONİTORU FƏALİYYƏTƏ BAŞLAYIB


 27 yanvar 2020-ci il

Geologiya və Geofizika İnstitutunda (GGİ) informasiya monitoru onlayn qaydada fəaliyyətə başlayıb.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin hazırladığı xəbərlər, foto lentlər, videosüjet və digər janrlarda hazırlanan materiallar, dünya geologiya və geofizika aləmində baş verən yeniliklər və digər məlumatlar monitorda bütün iş günləri ərzində Azərbaycan və rus dilində əksini tapır.

İnformasiya monitoru fəaliyyətinin ilk həftəsində bu elm ocağında keçirilimiş Yer elmləri sahəsində ümumrespublika Elmi seminarı haqqında, şöbələrdə aparılan tədqiqat işlərinin nəticələri, Təl-Əviv Universitetinin professoru Yuriy Katsın AMEA Yer Elmləri Bölməsinin fəaliyyəti barədə hazırladığı məqalə, AMEA-nın müxbir üzvü, GGİ-nin elmi işlər üzrə direktor müavini Dadaş Hüseynovun “Strateji yol xəritəsində əsas məqsəd iqtisadiyyatın dinamik inkişafı və vətəndaş rifahının yüksəldilməsidir” məqaləsi, İnstitut əməkdaşlarının xarici ölkələrdə aparacaqları elmi-tədqiqat işləri və digər materiallar təqdim olunub.









GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru