Ana Səhifə / Xəbərlər

Xəbərlər

29 Jan 2020 Diqər xəbərlər Diqər xəbərlər

GƏNC GEOLOQ ALİMLƏRİN ELMİ MƏQALƏSİ GEOKİMYA SAHƏSİNDƏ DÜNYANIN ƏN REYTİNQLİ JURNALINDA DƏRC EDİLİB


29 yanvar 2020-ci il

AMEA Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov, həmin İnstitutda magistr dissertasiya işini yerinə yetirən Aygün Bayramova və Fransa Azərbaycan Universitetinin əməkdaşı, Yer elmləri üzrə fəlsəfə doktoru Elşən Abdullayevin elmi məqaləsi geokimya sahəsində dünyanın ən reytinqli jurnalı sayılan “Chemical Geology” dərgisində dərc edilib. Beşillik impakt faktoru 4.169 olan jurnal Q1 kateqoriyalıdır.

“New insights into fluid-rock interaction mechanisms at mud volcanoes: Implications for fluid origin and mud provenance at Bahar and Zenbil (Azerbaijan)” adlı məqalə respublikanın quru və dəniz sahəsində yerləşən Bahar və Zənbil adasının timsalında vulkanlar tərəfindən xaric edilən flüidlərin və palçığın mənbəyi, genezisi, o cümlədən flüid-süxurun qarşılıqlı əlaqəsinə dair alınan yeni elmi nəticələrin müzakirəsinə həsr olunub.

Avstriyanın Texnologiya üzrə Graz Universitetinin alimlərilə birgə aparılan tədqiqatlar Bakı Dövlət Universiteti “Geologiya” fakültəsinin II kurs magistri Aygün Bayramovanın dissertasiya işinin mövzusu ilə əlaqədardır.



GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru