
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
10 Feb 2020
Diqər xəbərlər
VULKANİZM, FİLİZƏMƏLƏGƏLMƏ VƏ GEODİNAMİKAYA HƏSR EDİLMİŞ MONOQRAFİYA ÇAPDAN ÇIXIB
10 fevral 2020-ci il
GGİ “Petrologiya və metallogeniya” seksiyasının aparıcı elmi işçisi yer elmləri üzrə fəlsəfə doktoru, dosent Zəki Vəliyevin ”Vulkanizm, filizəmələgəlmə və geodinamika” kitabı çapdan çıxıb.
Kitabda vulkanik proseslərlə əlaqədar filiz əmələgəlmə problemlərinə və geodinamik inkişaf rejimlərinə baxılır. Müasir vulkanizmin təzahüretmə formaları, maqmatogen yataqların tipləri haqqında məlumatlar araşdırılır. Vulkanogen yataqlar, onların geoloji-struktur, fiziki-kimyəvi əmələgəlmə şəraitləri, filizəmələgəlmədə metasomatozun rolu dəqiq araşdırılır.
Yeni nəşr 050508 “Geolgiya” istiqaməti üzrə təhsil alan ali məktəblərin tələbələri və gənc mütəxəssislər üçün nəzərdə tutuub.
Bildirək ki, geologiyanın çox vacib və maraqlı problemlərindən olan vulkanizmlə filizəmələgəlmənin əlaqəsi, həmçinin onun geodinamik şəraitlə bağlılığı məsələləri həmişə metallogenist alimlərin diqqət mərkəzində olub. Lakin bu mövzuda rus, ingilis, alman, fransız və s. dillərdə böyük sayda ədəbiyyat mövcud olmasına baxmayaraq, Azərbaycan dilində, demək olar ki, yazılmayıb. Digər tərəfdən, müasir gənclərin əksəriyyəti rus dilini qənaətbəxş bilmir və yaxud çox çətinliklə qavrayır. Bu baxımdan Azərbaycan dilində ilk dəfə yazılmış “Vulkanizm, filizəmələgəlmə və geodinamika” monoqrafiysı ali məktəb tələbələri, magistrlər və gənc mütəxəssislər üçün aktual və dəyərlidir.
Zəki Vəliyevin ”Vulkanizm, filizəmələgəlmə və geodinamika” monoqrafiyasının elmi redaktoru AMEA-nın akademiki, professor V.M.Babazadədir.
Əsər geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar geoloqu Ç.M.Xəlifəzadənin (Azərbaycan Dövlət Neft Akademiyası), geologiya-mineralogiya elmləri doktoru, professor Z.B.Abdullayevin (AMEA Geologiya və Geofizika İnstitutu), geologiya-mineralogiya elmləri doktoru, professor N.Ə.İmamverdiyevin (Bakı Dövlət Universiteti) və yer elmləri üzrə fəlsəfə doktoru, dosent Q.S.Hüseynovun (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral-xammal Elmi-Tədqiqat İnstitutu) yüksək dəyərləndirdikləri rəylər əsasında işıq üzü görüb.


GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru