Ana Səhifə / Xəbərlər

Xəbərlər

11 Feb 2020 Diqər xəbərlər Diqər xəbərlər

AZƏRBAYCANIN EKOLOJİ RİSKLƏR XƏRİTƏSİ TƏRTİB OLUNUB


11 yanvar 2020-ci il

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov və Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov təbii-texnogen təhlükələr əsasında Azərbaycanın ekoloji risklər xəritəsini işləyib hazırlamışlar. Bu, Azərbaycanın çoxparametrli məlumatlar əsasında tərtib edilmiş ilk iri miqyaslı rəqəmsal ekoloji risklər xəritəsidir. Alimlər tərəfindən Azərbaycan ərazisində sel, sürüşmə, daşqın, demoqrafik və texnogen yüklənmə, səth və yeraltı suların çirklənməsi, Xəzər dənizinin səviyyə tərəddüdü, şoranlaşma, bataqlıqlaşma, iqlimdəki risklər (quraqlıq, kəskin şaxta, isti, isti quru küləklər və s.), səhralaşma və zəlzələ kimi ekoloji risk yaradan mənbələr müəyyən edilmişdir.

Xəritənin təhlilindən məlum olur ki, respublika ərazisinin 37,2%-i çox zəif, 19,8%- i zəif, 23,9%-i orta, 12,4%-i yüksək və 6,8%-i çox yüksək ekoloji riskli ərazilərdir.
Yeni xəritə infrastruktur layihələrin həyata keçirilməsində, tikintidə, seliteb-şəhər planlaşdırılmasında, siğorta işlərində vacib mənbə rolunu oynaya bilər.


 
AMEA akademik. H. Əliyev adına
Coğrafiya İnstitutunun
ictimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 538-59 76
mob. (050) 630-10-21
xrzazadeh@gmail.com