
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
19 Feb 2020
Diqər xəbərlər
GGİ-də YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI
19 fevral 2020-ci il.
GGİ-də Yer elmləri sahəsində növbəti Ümumrespublika Elmi seminar “Ps-mübadilə dalğalarının qəbuledici funksiyalar metodu əsasında Moho sərhədinin dərinliyinin qiymətləndirilməsi” (AMEA müxbir üzvü Qurban Yetirmişli, g.-m.e.n. Səbinə Kazımova-AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi) mövzusunda keçirilib.
Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə seminarı giriş sözü ilə açaraq gündəlikdə duran elmi məsələ barədə məlumat verib.
G.-m.e.n. Səbinə Kazımova “Ps-mübadilə dalğalarının qəbuledici funksiyalar metodu əsasında Moho sərhədinin dərinliyinin qiymətləndirilməsi”mövzusunda məruzə edib.
Məruzəçi bildirib ki, ilk dəfə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmotelemetrik stansiyalarında qeyd olunan uzaq zəlzələlərin dalğa xüsusiyyətlərinin analizi əsasında Ps-mübadilə dalğalarının “Qəbuledici funksiyalar” (receiver functions) metodu ilə Azərbaycan ərazisində Moho sərhədinin dərinliyi dəqiqləşdirilib. Müasir metodlarla aparılan tədqiqatlar göstərib ki, Moho sərhədinin dərinlik izoxətləri qurulmuş və bu dərinliyin Quba-Qusar bölgəsində 44-47 km, Zaqatala-Balakən bölgəsində 40-43 km, Şamaxı-İsmayıllı bölgəsində 45-48 km, Kür çökəkliyində 38-40 km, Talış bölgəsində 35-42 km, Naxçıvan ərazisində və Qafan struktur zonasında 44-48 km təşkil edir.
Məruzəçi sonra çoxsaylı sualları cavablandırıb.
Sonda məruzə ətrafında çıxışlar olub.






GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru