Ana Səhifə / Xəbərlər

Xəbərlər

20 Feb 2020 Diqər xəbərlər Diqər xəbərlər

AZƏRBAYCANLI ALİMLƏRİN DÜNYA ELMİNƏ MÜHÜM TÖHFƏSİ


 20 fevral 2020-ci il

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Hətəm Quliyevin və AMEA-nın müxbir üzvü Rəşid Cavanşirin həmmüəllifi olduğu “Yerin ilkin etalon modeli” haqqında məqalə Amerika Geofizika İttifaqının nüfuzlu nəşrlərindən olan “Earth and Space Science” jurnalında dərc edilib.

Məqalədə azərbaycanlı alimlər modelin geomexaniki cəhətdən düzgün olmadığını sübuta yetiriblər. Onlar qeyri-xətti geomexaniki təhlil metodu yaratmaqla, Yerin ilkin etalon modelinin formalaşması zamanı yol verilmiş səhvləri müəyyən ediblər. Görülmüş işlər fundamental əhəmiyyət daşımaqla yanaşı, həm də böyük innovativ xüsusiyyətə malikdir. Belə ki, yeni metodun tətbiqi neft-qaz yataqlarının və regionun seysmik aktivliyinin öyrənilməsində yeni mərhələ rolunu oynayacaq.

Qeyd edək ki, Yerin ilkin etalon modeli 1981-ci ildə ABŞ Geofizika İttifaqının prezidenti D.Anderson və məşhur professor A.Dzevonski tərəfindən beynəlxalq elmi ictimaiyyətə təqdim edilib. Alimlər bu araşdırmalarına görə 1989-cu ildə Yer elmləri sahəsində Nobel mükafatına bərabər sayılan Kraudof mükafatına layiq görülüblər. Model bu günə qədər çoxsaylı geoloji və geofiziki problemlərin həllində istifadə olunub.





GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru