Ana Səhifə / Xəbərlər

Xəbərlər

11 Mar 2020 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA ÜZRƏ “GƏLƏCƏYƏ ADDIM” ÜMUMRESPUBLİKA OLİMPİADASI KEÇİRİLİR


11mart 2020-ci il

Geologiya və Geofizika İnstitutunun (GGİ) Gənc Alimlər və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə tələbələr üçün AMEA-nın 75 illiyinə həsr olunan “Gələcəyə addım” devizi altında geologiya və geofizika üzrə ümumrespublika olimpiadası keçirilir.

Final mərhələsi may ayının 27-də baş tutacaq müsabiqədən məqsəd ölkənin ali və orta ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırımaqdan ibarətdir.

Müsabiqənin şərtlərinə görə, iki mərhələdən ibarət olimpiadada iştirak etmək istəyən tələbələr müsabiqənin veb saytından qeydiyyatdan keçməlidirlər. Müsabiqənin hər iki mərhələsi Geologiya və Geofizika İnstitutunda təşkil ediləcək. Birinci mərhələdə iştirakçılar təqdim ediləcək 2 mövzunun izahlı cavabından ibarət esseni (Azərbaycan və ya rus dilində, 4 A4 səhifəsindən çox olmamaq şərtilə) hazırlamalıdırlar. Elmi Təşkilat Komitəsinin qiymətləndirməsindən sonra final mərhələyə yüksələn esse müəllifləri geologiyaya və geofizikaya dair 20 sualı test üsulu ilə cavablandıracaqlar. Ən yüksək bal toplayacaq tələbələr müsabiqənin üç nominasiyası üzrə qalib sayılacaqlar. Həmçinin finalçılar üçün palçıq vulkanına elmi ekskursiyanın təşkili də nəzərdə tutulur.

Xatırladaq ki, GGİ-də fəaliyyət göstərən Gənc Alimlər və Mütəxəssislər Şurası məktəblilər üçün ilk olimpiadanı 2013-cü ildə təşkil edib.

Qaliblər üçün mükafat fondu:

I yer – 800 AZN
II yer – 600 AZN
III yer – 400 AZN
III yer – 400 AZN

Ətraflı məlumat və qeydiyyat üçün aşağıdakı linkdən istifadə etmək olar.

https://sites.google.com/view/olimpiada2020/ana-s%C9%99hif%C9%99

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru