
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
17 Sep 2020
Diqər xəbərlər
GGİ ƏMƏKDAŞLARININ ÖVLADLARINA “BİLİK GÜNÜ” MÜNASİBƏTİLƏ HƏDİYYƏLƏR GÖNDƏRİLİB
17 sentyabr 2020-ci il
AMEA Geologiya və Geofizika İnstitutu rəhbərliyinin və Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşəbbüsü ilə 15 sentyabr - “Bilik Günü”nə həsr edilmiş və pandemiya şəraitinin tələblərinə uyğun tədbir keçirilib.
GGİ HİK sədri, İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, geologiya üzrə fəlsəfə doktoru Kamran Əliyev ənənəvi “Bilik günü” bayramından fərqli olaraq mövcud Covid–19 ilə əlaqədar sosial məsafə və tibbi-profilaktik qaydalara əməl edilməsi zərurətindən danışıb, övladları ibtidai sinifdə oxuyan İnstitut əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıb.
K.Əliyev sonra GGİ əməkdaşlarının sosial təminatının yaxşılaşdırılmasına töhfə vermək və övladlarında elmə ilkin rəğbət yaratmaq məqsədilə 50-dən çox əməkdaşa məktəb ləvazimatlarından ibarət hədiyyə dəstlərini təqdim edib. Fərəhli hal kimi qeyd edilib ki, hədiyyə təqdim edilmiş 10 əməkdaşın övladı bu il ilk dəfə məktəbə gedir.



AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi